evin

Güney azərbaycanlı fəallar Sima Əlipur, Vahid Əbhəri, Nima Radməneş və Salar Tahir Əfşar, Hüseyn İsmaili Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsinə çağırılıblar.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, elektron məhkəmə sistemi vasitəsilə göndərilən çağırış vərəqəsinə əsasən, fəallar sentyabrın 29-da saat 11:00-da Şəhid Behişti Məhkəmə Kompleksində yerləşən Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində iştirak etməlidirlər.

Bildirilib ki, onlara qarşı “sistem əleyhinə təbliğat”, “ictimai fikri qarışdırmaq” və “dövlət adından qanunsuz istifadə etmək” ittihamları irəli sürülüb.

Qeyd edək ki, çağırılan fəallardan Salar Tahir Əfşar hazırda Evin həbsxanasında 5 illik həbs cəzasını çəkir.

Paylaş: