globe map 1100x733 1

Rusiya Ukrayna ərazisindən kənarda yerləşən hədəflərə zərbələr endirə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” (DM) məlumat yayıb.

Bildirilib ki, Ukraynaya silah tədarük edən Britaniya və digər Avropa ölkələrindəki müdafiə şirkətlərinin rəhbərlərinə Rusiyanın mümkün hücumları və casusluq fəaliyyətləri ilə bağlı xəbərdarlıq edilib.

Məlumata əsasən, müdafiə sənayesinin rəhbərləri həm özlərinin, həm də şirkətlərinə məxsus obyektlərin təhlükəsizliyi ilə bağlı narahatlıq keçirməyə başlayıblar.

“Atlantic Council” analitik mərkəzinin təhlükəsizlik üzrə eksperti Elizabet Bro bildirib ki, Rusiyanın mesajlarından belə qənaət yaranır: müdafiə sənayesi ilə əlaqəsi olan şəxslər və qurumlar Moskva tərəfindən potensial hədəf kimi qiymətləndirilə bilər.

Ekspertin sözlərinə görə, bu səbəbdən Britaniya və Avropadakı müdafiə şirkətləri təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağa başlayıblar.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: