e8ca6948 6ea4 42c6 8ab8 63185e19ef6d
Rumıniya Ukrayna sərhədi yaxınlığında naməlum hava hədəfinin qeydə alınmasından sonra iki F-16 qırıcısını havaya qaldırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, bu gün saat 10:36-da radar sistemləri Ukraynanın Vilkovo şəhərindən təxminən 20 kilometr şərqdə hava hədəfi aşkarlayıb. Bundan sonra Borça aviabazasından iki F-16 döyüş təyyarəsi havaya qalxaraq vəziyyəti izləməyə başlayıb.

Rumıniya hərbçiləri sərhəd ərazisində hava şəraitini və mümkün təhlükəni izləməyə davam ediblər. İlkin məlumatlarda hava hədəfinin Rumıniya hava məkanını pozub-pozmadığı barədə əlavə məlumat verilməyib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: