ukrayna rusiya 900x506 2

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sumı vilayətində iki yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Rusiya hərbçiləri Prikol çayının sol sahilində yerləşən Velikiy Prikol kəndinə və Rusiya sərhədindən təxminən 5 kilometr məsafədə yerləşən Sadki kəndinə nəzarəti ələ keçirib.

Nazirlik həmçinin avqustun 30-na keçən gecə Ukraynaya məxsus 494 pilotsuz uçuş aparatının Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini iddia edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: