image 10

ABŞ-da GTA VI-nın buraxılışı yaxınlaşdıqca bəzi şəxslər oyunu rahat oynamaq üçün məzuniyyət planlarını indidən qurmağa başlayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, oyunun satışa çıxması ABŞ-da əmək bazarında qısamüddətli “işdən uzaqlaşma” dalğasına səbəb ola bilər.

Məlumata əsasən, bir sıra şəxslər məzuniyyət hüquqlarından istifadə etməyərək həmin günləri GTA VI-nın təqdimat dövrünə saxlamağa üstünlük verirlər.

Oyunun yaratdığı maraq ABŞ ordusunda da özünü göstərib. Məlumata görə, hərbi hissələrdən biri müqaviləsini oyunun buraxılış tarixinə qədər uzadan hərbçilərə dörd günlük məzuniyyət təklif edib.

Nəşr qeyd edir ki, GTA VI hələ satışa çıxmasa da, oyuna olan yüksək maraq artıq insanların iş və şəxsi vaxt planlarına təsir göstərməyə başlayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: