Dünyanı gəzən irlandiyalı səyahət blogeri Tim Qazaxıstanda qatarla səfəri zamanı yaşadığı qeyri-adi təcrübələrdən yazıb.
Globalinfo.az xəbər verir ki, rus və erməni kökləri olan bloger təəssüratlarını “Qeyri-adinin axtarışında” adlı şəxsi bloqunda bölüşüb.
O, Qazaxıstanın bəzi ərazilərində SSRİ izlərinin qaldığını bildirib və durumu “sanki SSRİ-yə düşmüşəm” ifadəsi ilə təsvir edib
Tim Qostanay-Aktöbe marşrutu üzrə hərəkət edən qatarda səfər edib. Onun diqqətini ilk çəkən məqamlardan biri vaqondakı sanitar şərait olub. Bloger tualetin birbaşa relslərin üzərinə açılan pedal mexanizmi ilə işlədiyini qeyd edib.
Səyahətçinin narazı qaldığı digər məqam isə vaqonlarda havalandırma sisteminin yoxluğu olub. Onun sözlərinə görə, isti havada sərnişinləri yalnız açıq pəncərələr xilas edirdi.
Lakin Tim üçün səfərin ən maraqlı tərəflərindən biri çöl ərazidə yerləşən kababxanalar olub. O bildirib ki, qatar bəzən yaşayış məntəqələrindən uzaqda, çölün ortasında dayanır və sərnişinlərin böyük hissəsi kabab almaq üçün vaqonlardan düşür.
Blogerin diqqətini çəkən daha bir hadisə isə qatarda baş verib. Onun sözlərinə görə, yan tərəfdəki rəfdə əyləşən sərnişin bir neçə saat fasiləsiz olaraq qazax dilində şeirlər səsləndirib və bununla bütün vaqonu əyləndirib.
Tim bildirib ki, bu ərazilərdə xarici səyahətçilərə nadir hallarda rast gəlinir və bunun səbəblərindən biri bölgədə turistlərin marağını cəlb edən məkanların az olmasıdır.
Safura Bənnayeva
Globalinfo.az


