hayastani hanrapetutyan odayin n369394 1

Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Cənubi Qafqazın hava məkanı ilə bağlı diqqətçəkən paylaşım edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Belə ki, Xudatyan sosial şəbəkə hesabında foto yayımlayaraq təsviri “sülhün kəsişməsi” kimi xarakterizə edib.

Xəritədə onlarla təyyarənin Azərbaycan və Ermənistan səmasından keçdiyi əks olunub.

Qeyd edək ki, rəsmi Bakının diktə etdiyi sülh gündəliyindən sonra regionda uçuşlar müntəzəm xarakter alıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: