WhatsApp Image 2025 08 29 at 17

Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımların ölkənin Rusiyadan siyasi və iqtisadi uzaqlaşmasını sürətləndirdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, İrəvan Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət prosesinə başlamağa hazırlaşır. Kəşfiyyat qurumu bunu Ermənistanın Moskva ilə əvvəlki münasibətlərindən uzaqlaşmasının son mərhələlərindən biri kimi qiymətləndirib.

Qurumun iddiasına əsasən, Moskva Ermənistana təzyiq göstərmək məqsədilə qazın qiymətini artırarsa, İrəvan buna qarşı maliyyə tələbi irəli sürə bilər.

Ukrayna kəşfiyyatı bildirir ki, belə bir ssenaridə Ermənistan Rusiyadan ölkədə yerləşən 102-ci hərbi bazanın fəaliyyəti və dəmir yollarının idarə olunması ilə bağlı təxminən 2 milyard dollar tələb edə bilər.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin yaxın zamanda Aİ-yə üzvlük üçün rəsmi müraciət edəcəyini açıqlayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: