gemi

Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə işləri davam edir.

Girnə Bələdiyyə sədri Murat Şenkul 160 nəfərin xilas edildiyini, hazırda onların limana gətirildiyini bildirib.

Şimali Kipr Türk Cümhuriyyəti ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı isə artıq 100 nəfərin sahilə çıxarıldığını açıqlayıb.

***

Şimali Kiprin Girnə şəhəri sahillərində çox sayda sərnişin daşıyan gəmi batıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə sahildən bir neçə kilometr aralıda baş verib.

İlkin məlumatlara əsasən, gəmidə 260-a yaxın sərnişin olub. Bəzi son məlumatlarda isə göyərtədəki insanların sayının daha çox olduğu bildirilir.

Hadisədən dərhal sonra bölgəyə xilasetmə qrupları və sahil mühafizə qüvvələri cəlb olunub. Hazırda dənizdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Gəminin hansı səbəbdən batdığı və göyərtədəki insanların vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: