İranın ali lideri Müctəba Xamenei müsəlman ölkələrini daha sıx əməkdaşlığa və ABŞ-a qarşı vahid mövqe nümayiş etdirməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, Xamenei bu fikirləri İranda qeyd olunan Birlik Həftəsi münasibətilə yayımladığı müraciətdə səsləndirib.
İranın ali lideri bildirib ki, müsəlman dövlətləri arasında həmrəyliyin gücləndirilməsi regionda mövcud problemlərin aradan qaldırılmasında əsas amillərdən biri ola bilər.
“Müsəlman dünyasının qarşılaşdığı problemlərin həlli birlik, qarşılıqlı dostluq və xeyirxahlıq əsasında əməkdaşlıqdan keçir”, – deyə Xamenei vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az