İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun ABŞ-dan İsrailə təcili şəkildə təxliyə edildiyi təsdiqlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin daxili təhlükəsizlik və kəşfiyyat qurumu “Şin Bet” açıqlama yayıb.
Qurum bildirib ki, Yair Netanyahunun həyatına qarşı ciddi təhlükə müəyyən edilib. Vəziyyət qiymətləndirildikdən sonra onun və mühafizə komandasının təhlükəsizlik məqsədilə təcili şəkildə ABŞ-dan İsrailə gətirilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, Netanyahu bundan əvvəl İranın kəşfiyyat xidmətlərinin oğullarından birinə qarşı sui-qəsd cəhdi etdiyini açıqlamışdı.
Safura Bənnayeva
Globalinfo.az