9 gün əvvəl qəzaya düşən gənc öldü – FOTO

Bir neçə gün əvvəl Lerikdə baş verən yol qəzasında ağır xəsarət alan şəxs ölüb.

Globalinfo.az bildirir ki, rayon sakini, 1989-cu il təvəllüdlü Eyvaz Elşən oğlu Quliyev bu gün xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, yol qəzası noyabrın 13-də Lənkəran-Lerik yolunun 30 km-də, Lerik rayonunun Hamarmeşə kəndində qeydə alınıb.

Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Eyvaz Elşən oğlu Quliyev “VAZ-2121” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı elektrik dirəyinə çırpılıb və təqribən 20 metr hündürlükdən dərəyə aşıb.

Xəsarət alan sürücü ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırılıb, reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Lerikdə 9 gün öncə qəzaya düşən gənc öldü