image

Bakının Xətai rayonu, Gəncə prospektində yanğın hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, ilkin məlumata görə, yanğın bölgədə yerləşən transformatorda qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır

***22:06

Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən bir sıra çoxmərtəbəli binalarda elektrik enerjisi kəsilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Bakupost.az-a sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, təxminən, saat 21 radələrində bir neçə binada eyni vaxtda işıqlar sönüb.

Hazırda elektrik enerjisinin kəsilməsinin səbəbi və bərpa olunacağı vaxt məlum deyil.

Paylaş: