g%C9%99mi

Qətərin ərazi sularında kommersiya yük gəmisi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.

Bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda zəruri tədbirlərin görüldüyü və aidiyyəti qurumlarla koordinasiyanın həyata keçirildiyi bildirilib.

***12:22

Fars körfəzində yük gəmilərindən biri hücuma məruz qalıb. Hadisə Qətər yaxınlığında baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat yayıb.

Bildirilir ki, gəmi kapitanı naməlum mərminin (və ya obyektin) gəmiyə çırpıldığını açıqlayıb. Nəticədə kiçik yanğın baş versə də, tez bir zamanda söndürülüb və xəsarət alan olmayıb.

Hadisə bazar günü Doha şəhərindən təxminən 23 dəniz mili şimal-şərqdə qeydə alınıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: