1768738837 1768109432 iran etiraz 42

“İranda etirazlarda həlak olanların sayı 22 mini keçə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “HRANA” məlumat yayıb.

Bildirilib ki, 5459 nəfərin ölümü təsdiqlənib:

“17 031 nəfərin ölümünün isə araşdırıldığı bildirilir. Bundan əlavə, ölkədə etirazlarda iştirak edən və ya etirazlarla bağlı olan 40 887 nəfərin həbs edildiyi qeydə alınıb. Onların arasında 325-dən çox uşaq (18 yaşdan kiçik) var”.

“HRANA”nın bəyanatında həmçinin ölkənin bütün ərazisində informasiya blokadasının davam etdiyi vurğulanır.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: