
“Gürcüstanın Avropa İttifaqının faydasız təlimlərinə ehtiyacı yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O, seçkilərdən sonra Tiflisə gəlib və gürcü həmkarı Kobaxidzeni qələbə münasibətilə ilk təbrik edib.
“Gürcüstan mühafizəkar, xristian və Avropayönlü dövlətdir, faydasız təlimlər əvəzinə, Avropaya inteqrasiya yolunda bizim dəstəyimizə ehtiyacı var”, – Orban vurğulayıb.
Qeyd edək ki, Macarıstanın baş naziri Orban gürcü həmkarı İrakli Kobaxidzenin dəvəti ilə oktyabrın 28-29-da Gürcüstanda səfərdə olacaq.
Qeyd edək ki, Gürcüstanda səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanın gəlişindən qıcıqlanan gürcülər onu fitə basıblar.
Müşviq Tofiqoğlu
Globalinfo.az