irann

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisinə irimiqyaslı raket zərbəsi endirilməsini təsdiqləyib və bunun yeni hərbi taktikanın tətbiqi çərçivəsində həyata keçirildiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Qeyd olunur ki, zərbə İsrailin strateji hərbi obyektlərinə və kommunikasiya mərkəzlərinə yönəlib:

“Bu əməliyyat İranın cavab gücünü nümayiş etdirmək və regional balansı dəyişmək məqsədi daşıyır. Bu hücum gələcəkdə daha koordinasiyalı və texnoloji cəhətdən inkişaf etmiş hücumların başlanğıcıdır. Əgər İsrailin hərbi və ya kəşfiyyat fəaliyyətləri davam edərsə, İran cavab tədbirlərini artıracaq”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: