Meksikada dəhşət: bağlamadan elə şey çıxdı ki… – FOTOLAR

Meksikanın Keretaro şəhərində beynəlxalq hava limanında bağlamada dörd insan kəlləsi tapılıb.

Globalinfo.az Oxu.az-a xəbər verir ki, bu barədə Meksika Milli Qvardiyasının tviter hesabında deyilir.

Bağlama kuryer şirkətləri tərəfindən göndərilən mallara rentgen baxışı zamanı aşkar edilib. Müxtəlif ölçülü kəllələr şəffaf plastik torba və alüminium folqa ilə bükülü olub. Bağlamanın içində onlarla bağlı heç bir sənəd tapılmayıb.

Yerli KİV-in məlumatına görə, insan qalıqları Miçoakan ştatının Apasinqan şəhərindən gətirilib. Paket ABŞ-nin Cənubi Karolina ştatından olan alıcı üçün nəzərdə tutulub.

Hüquq-mühafizə orqanları istintaq üçün kəllə sümüklərini müsadirə ediblər.