Paşinyan erməni xalqını yeni itkilərə hazırlayır – Minasyan

Ermənistan Milli Assambleyasının keçmiş deputatı, uzun illər parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasına rəhbərlik etmiş Qaqik Minasyan Azərbaycan-Ermənistan münasibətlərini dəyərləndirib. 

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Hraparak”ın suallarını cavablandırıb.

Jurnalistin “Paşinyan bəyan edir ki, Azərbaycan indiki Ermənistanın ərazisini “Qərbi Azərbaycan” hesab edir və bu bəyannamələrdə müharibə təhlükəsi var. Yəni Azərbaycanla sülh olmayacaq?” sualına Minasyan belə cavab verib:

“Belə açıqlamalar dəfələrlə verilir. Məsələ isə aydındır. Paşinyan həmişə erməni xalqını ölümlə, müharibə ilə qorxudur və erməni xalqını yeni itkilərlə barışmağa məcbur edir. Onun hakimiyyəti dövründə bütün müdafiə imkanlarımız zəiflədilib, müttəfiq ölkələrlə hərbi-siyasi əlaqələrimiz zədələnib. Məqsəd Türkiyə və Azərbaycanın istəklərini yerinə yetirməkdir”.

Safura Bənnayeva
Globalinfo.az