17 yaşında ana olan məktəbli haqda valideynindən AÇIQLAMA – VİDEO

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı məktəbdə təhsil alan 11-ci sinif şagirdinin ana olması ilə bağlı onun valideyni jurnalistlərə açıqlama verib.

Yeniyetmənin anasının sözlərinə görə, qızının ana olması ilə bağlı xəbərlər yalandır:

“Qızım 16 yaşında qaçıb ailə qurub, amma ana olmayıb. Yoldaşımın xasiyyəti tünddür. Qızımla heç bir əlaqəmiz yoxdur”.

Daha ətraflı Baku Tv-nin süjetində:

***

“Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət olunub, araşdırmalar aparılır. Nəticələr bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması ilə məsələyə münasibət bildirən sözügedən təhsil müəssisəsinin direktor əvəzi Yeganə Səfərova deyib.

Y.Səfərovanın sözlərinə görə, məktəbdə başqa erkən nikah faktı qeydə alınmayıb.