yangin turkiye

Türkiyənin Əskişəhər, Antalya, Adana və Dənizli şəhərlərindəki meşə yanğınları nəzarət altına alınıb.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı açıqlayıb.

“Şəhidlər verdiyimiz Əskişəhərin Seyitqazi bölgəsindəki meşə yanğınını da nəzarət altına aldıq. Karabük şəhərində isə meşə yanğını davam edir”, – o bildirib.

Nazir qeyd edib ki, bugünədək 37-si meşə, 36-sı kənd yerlərində olmaqla ümumilikdə 73 yanğınla mübarizə aparılıb.

Xatırladaq ki, Əskişəhərdəki yanğında 11 meşə işçisi alovun söndürülməsi istiqamətində aparılan əməliyyatlar zamanı həlak olmuşdu.

Paylaş: