pasinyan yeni son 1 900x472 1

Ermənistan Baş naziri Nikol Paşinyan və komandası 2026-cı il parlament seçkilərinin bütün ssenarilərini gündəlik müzakirə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti hökumətə yaxın mənbələrə istinadən yazıb.

Paşinyan üçün ilk növbədə seçkiqabağı siyahı vacibdir. O, bu şəxsləri hərtərəfli yoxlandıqdan sonra siyahı tərtib edilməlidir. Bunun üçün Paşinyana xeyli vaxt lazımdır. Hakim elita əmindir ki, onlarla rəqabət apara biləcək heç bir maneə və ya qüvvə yoxdur”, – deyə bildirilib.

Nəşr qeyd edib ki, hazırda parlament seçkilərinin vacibliyi ilə yanaşı, Paşinyan üçün bir nömrəli məsələ katolikosların ölkədən çıxarılmasıdır:

“Bu da yaxın vaxtlarda həyata keçiriləcək. Onlar bu məsələni çox tez həll edəcəklər. Hazırlanmış planla irəliləyirlər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: