Ərdoğan: “Türkiyəni qardaş ölkələrdən ayırmağa çalışırlar”

“Türkiyə və onun maraqlarına qarşı gizli plan, təxribat cəhdi var”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray” və ” Fənərbağça” klubları arasında Ər-Riyadda keçirilməsi planlanan final oyununun ertələnməsinə münasibət bildirərkən deyib.

Türkiyə prezidenti stadiona Atatürk rəsimləri ilə daxil olmağa icazə verilməməsindən sonra ölkədə ərəblərlə bağlı narazılığın artmasına münasibət bildirib:

“İnsanlar sırf mənşəyinə görə xor görülür və təhqir olunur. İslamafobiya və ksenofobiya ilə qarşı-qarşıyayıq. Bizi müxtəlif təxribatlar vasitəsi ilə ölkəmizin regiondakı tərəfdaşlardan, tarixi, dini, iqtisadi əlaqələrimiz olan qardaş ölkələrdən ayırmağa cəhd edirlər. Bunlardan xəbərdarıq. Aylardır ölkəmizin ən mühüm gəlir sahələrindən olan turizmə zərər vurmaq üçün xaricdən idarə olunan kajmpaniya aparıldı. İndi də analoji dalğanı müxalifət partiyalarının dəstəyi ilə idman sahəsində müşahidə edirik”.

Əliyar Xəlil

Globalinfo.az