sddd

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda güclü yanğın baş verib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Orhanlı Dəri Sənaye Bölgəsindəki bir fabrikdə genişmiqyaslı yanğın baş verib.
Hansı səbəbdən başladığı hələ məlum olmayan yanğın sürətlə yayılıb.
Fabrikdən yüksələn qatı tüstü ətrafdakı bir çox nöqtədən görünüb.

Hadisə yerinə çox sayda yanğınsöndürmə, polis və sağlamlıq qrupu göndərilib.

Hazırda yanğının söndürülməsi ilə bağlı işlər davam edir.

Paylaş: