pasinyan78 900x600 2

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın ölkədə yerləşən 102-ci hərbi bazası ilə bağlı mövqeyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə hazırda keçirilən iclasda danışıb.

Paşinyan bildirib ki, İrəvan indiyədək bu məsələni Rusiya qarşısında gündəmə gətirməyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bazanın ölkə ərazisində fəaliyyətini “həyati zərurət” kimi qiymətləndirmir.

Baş nazir qeyd edib ki, Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, rəsmi İrəvan buna qarşı çıxmayacaq. Eyni zamanda, Moskva bazanın fəaliyyətini davam etdirmək istəsə, bu məsələnin müzakirəsinə də hazırdır.

Paşinyan vurğulayıb ki, Ermənistan tərəfindən indiyədək Rusiyanın 102-ci bazasının çıxarılması ilə bağlı rəsmi tələb irəli sürülməyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də daha əvvəl Ermənistanın bazaya ehtiyac duymadığı qənaətinə gələcəyi halda, Rusiyanın hərbi qüvvələrini ölkədən çıxara biləcəyini bildirmişdi.

Paylaş: