Ərdoğan o qızı ziyarət etdi – FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş şəhərində zəlzələdən 11 gün sonra dağıntılar altından xilas edilən 17 yaşlı Aleyna Ölmezi ziyarət edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğanla yanaşı xanımı Əminə Ərdoğan da Ankarada müalicəsi davam etdirilən gənc qıza baş çəkib.

Ərdoğanla həyat yoldaşı, həmçinin xəstəxanada müalicə alan digər yaralılarla da görüşüblər.

Xatırladaq ki, A.Ölmez xilas edildikdən sonra müalicə üçün Ankaraya gətirilib. Ərdoğan bundan əvvəl Aleyna ilə telefonla da danışıb.