Zığ yolunda maşın aşdı – VİDEO

Bu gün səhər saatlarında Bakının Suraxanı rayonu ərazisində yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zığ yolu kimi tanınan şosedə “Daewoo Gentra” markalı avtomobil sürücünün idarəetməsindən çıxıb. Nəticədə avtomobil aşaraq yararsız hala düşüb.

Hadisə nəticəsində xoşbəxtlikdən ölüm və ağır xəsarət qeydə alınmayıb.