63d2b462237d863d2b462237d9167475312263d2b462237d463d2b462237d6

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Burunlu kənd sakinləri H.İsgəndərovdan və A.Rəhimovdan müvafiq sənədləri olmayan ov silahları aşkarlanaraq götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Paylaş: