Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha 90 gün – 2027-ci il yanvarın 29-dək uzadıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı fərmanlar dövlət başçısının rəsmi saytında dərc olunub.
Bu, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri hərbi vəziyyətin və səfərbərliyin 21-ci dəfə uzadılmasıdır.
Hərbi vəziyyət dövründə 18-60 yaşlı hərbi mükəlləfiyyətli kişilər yaşayış və ya olduğu yer üzrə hərbi qeydiyyatda qalmalı, şəxsi məlumatlarını mütəmadi yeniləməlidirlər. Onlar həmçinin şəxsiyyət vəsiqəsini və hərbi qeydiyyat sənədini kağız və ya elektron formada üzərlərində saxlamalıdırlar.
Məcburi səfərbərliyə əsasən, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı və möhlət hüququ olmayan 25-60 yaşlı kişilər cəlb edilir.
18-25 yaşlı kişilər isə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda, o cümlədən ehtiyatda olan zabitlər və ya əvvəllər müddətli hərbi xidmət keçmiş şəxslər olduqda səfərbərliyə cəlb edilə bilərlər. Digər hallarda onların hərbi xidmətə könüllü yazılmaları mümkündür.
Əliyar Xəlil