
Rusiya Qara dəniz vasitəsilə taxıl daşımalarının təhlükəsizliyini təmin etmək üçün müxtəlif təklifləri nəzərdən keçirir və bu istiqamətdə Türkiyə də daxil olmaqla bir sıra ölkələrlə danışıqları davam etdirir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Alimov bildirib.
Onun sözlərinə görə, Moskva müxtəlif ölkələrdən daxil olan təklifləri araşdırır, taxıl daşımalarının təhlükəsizliyi məsələsini isə maraqlı tərəflərlə müzakirə edir.
A.Alimov əlavə edib ki, Qara dəniz Taxıl Təşəbbüsünün bərpası məsələsi Birləşmiş Millətlər Təşkilatında da müzakirə olunur. Bununla belə, Rusiya tərəfi sazişin yenidən qüvvəyə minməsi ilə bağlı irəli sürülən variantlarla razılaşmır.
Əliyar Xəlil,