
UEFA Gənclər Liqasının II təsnifat mərhələsində “Qarabağ” və Xorvatiyanın “Dinamo Zaqreb” komandaları arasında keçiriləcək qarşılaşmanın hakimləri müəyyənləşib.
Globalinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytında yayılan məlumata əsasən, oyunu estoniyalı Karl Koppel idarə edəcək.
Baş hakimin həmyerliləri Riivo Stolts və Tor Vaas köməkçi hakimlər olacaq. Azərbaycanlı Əli Əliyev isə görüşdə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, oktyabrın 28-də “Azersun Arena”da keçiriləcək matç saat 12:30-da başlayacaq. Bu cütün qalibi növbəti mərhələdə Portuqaliyanın “Benfika” və Kiprin “Pafos” komandaları arasındakı görüşün qalibi ilə qarşılaşacaq.
Əliyar Xəlil,