Ermənistanda məhbus Armavir Ümumi Yurisdiksiya Məhkəməsinin binasından qaçıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, G.E. adlı şəxs Armavir Penitensiar Müəssisəsində cəza çəkirmiş. O, hakim Gevorq Manukyanın icraatında olan iş üzrə məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gətirilib.
Hazırda Armavir polisi qaçan məhbusun yerini müəyyənləşdirmək üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Əliyar Xəlil,