Serbiyada seçkilərdə qalib gələn “Tələbə siyahısı” hərəkatı Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil.
Globalinfo.az xəbər verir ki, bu barədə Hərəkatın nümayəndəsi Yovo Bakiç bildirib.
Onun sözlərinə görə, belə bir addımın iki ölkə arasında tarixi münasibətlərə zərər vurması mümkündür.
Bakiç Rusiyanı həm böyük dövlət, həm də Serbiyanın tarixən mühüm tərəfdaşı və bir çox hallarda müdafiəçisi kimi xarakterizə edib. O, bu məsələdə heç bir dəyişikliyin olmayacağını vurğulayıb.
Hərəkatın nümayəndəsi əmin edib ki, Serbiyanın yeni hökuməti Moskvaya qarşı sanksiyalar tətbiq etməyəcək.
Bakiç həmçinin Serbiyanın BMT sanksiyalarına məruz qaldığını xatırladaraq ölkəsinin belə məhdudiyyətlərin hansı çətinliklər yaratdığını yaxşı bildiyini qeyd edib.
Əliyar Xəlil