1111

Mingəçevirdə ölümlə nəticələnən davanın təfərrüatı məlum olub.

Globalinfo.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 22-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərdən birinin qarşısında baş verib.

Şəhər sakini, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.

Məlumata görə, bir müddət əvvəl Tural Bəhrəmli Rafiqin qızını sevib. Lakin Rafiqin ailəsi qızı ona verməyib. Tural isə sevdiyi qızın qarşısını kəsərək, onu qaçıracağını bildirib. Həmin gün kafedə ad günü məclisində olan Rafiqə bu barədə məlumat çatıb və o, Turalı kafeyə çağırıb. Hadisə yerinə gələn Turalla Rafiq arasında mübahisə yaranıb. Mübahisə kafenin qarşısında da davam etdirilib. Nəticədə Rafiq Turalı yumruq və təpik zərbələri ilə ölümcül döyüb.

Hadisəyə ad günündə iştirak edən şəxslər müdaxilə edib və Turalı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Tural xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Rafiq Məmmədov saxlanılıb.

***

Yaxınlarının bildirdiyinə görə, T.Bəhrəmli hadisəni törətməkdə şübhəli bilinən şəxsin qızı ilə ailə həyatı qurmaq istəyib.

Bu məqsədlə o, qızın evinə elçi də göndərib. Lakin tərəflər arasında razılıq baş tutmayıb. Daha sonra isə dava-dalaş düşüb və qızın atası 35 yaşlı Turala zərbələr endirib.

R.Məmmədovun hadisə vaxtı sərxoş vəziyyətdə olması qeyd edilib.

Araşdırmalar davam etdirilir.

***

İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.

R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, T.Bəhrəmli Vətən müharibəsi iştirakçısıdır. O, Mingəçevirdə məktəblərdən birində gözətçi işləyirmiş.

Paylaş: