Maduro Zelenskini təhqir etdi

Venesuela Prezidenti Nikolas Maduro Roma Papası Fransisk haqqında söylədiyi fikirlərdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskini “təlxək” adlandırıb.

Globalinfo.az xəbər verir ki, Venesuela prezidenti katolik kilsəsinin liderinin Ukraynanın “ağ bayraq” qaldırması və danışıqlara başlaması ilə bağlı çağırışını dəstəklədiyini açıqlayıb.

“Volodimir Zelenski getdikcə daha çox 2019-cu ildə Venesuelada müxalifət tərəfindən elan edilmiş müvəqqəti “prezident” Xuan Quaydoya bənzəyir. O da Quaydo kimi kobud, məğlub, xalqı üçün zərərlidir. Mən inanclı bir insan kimi bütün qəlbimlə deyə bilərəm ki, Papa Fransisk haqlıdır. Venesuela Roma Papasının Ukraynada sülhün bərqərar olması çağırışını səmimiyyətlə dəstəkləyir”, – Maduro deyib.

Xatırladaq ki, bir qədər əvvəl Roma Papası Fransisk Ukraynanı “ağ bayraq” qaldırmağa və danışıqlara başlamağa çağırıb. Daha sonra Volodimir Zelenski Papanın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüsünü rədd edərək, bunu “virtual vasitəçilik” adlandırdı.

Ayşən Mustafa
Globalinfo.az