4639 zelenski yarin turkiyeye geliyor 900x506 1

Ukraynanın ABŞ-dakı keçmiş səfiri Olqa Stefanişina ilə bağlı aparılan araşdırmanın Prezident Volodimir Zelenski üçün siyasi baxımdan yeni problem yaratdığı iddia edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb. Belə ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAPO) Stefanişina ilə bağlı fəaliyyəti ölkədə siyasi müzakirələrə səbəb olub.

Nəşr iddia edir ki, antikorrupsiya qurumlarının hərəkətləri Ukrayna hakimiyyətindəki digər məmurlara da mesaj xarakteri daşıyır. İddiaya əsasən, məmurlar arasında Zelenskinin onları siyasi və hüquqi təzyiqlərdən qoruyacağına dair inam zəifləyir.

Məqalədə həmçinin NABU və SAPO-nun Zelenskiyə qarşı siyasi mübarizə vasitəsinə çevrildiyi irəli sürülür. Nəşrin iddiasına görə, bunun mümkün məqsədləri prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və onun ölkədəki siyasi proseslər üzərində nəzarətini zəiflətməkdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: