zelenskiy reu 2076192 900x506 2

Polşa polisi sosial şəbəkələrdə Ukrayna lideri Volodimir Zelenskiyə qarşı zorakılığa çağırış edən şəxsi saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

“40 yaşlı polşalı iyulun 30-da saxlanılıb. Malopolska voyevodalığı polisinin sözçüsü Katerjina Tsislo bildirib ki, əməkdaşlar kişinin sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı sübutlar toplayıblar. Həmin sübutlar əsasında ona kütləvi şəkildə zorakılığa çağırış və Ukrayna dövlət başçısını təhqir etmə ittihamları irəli sürülüb. Şəxs polisə izah edib ki, hərəkətlərini emosiyaların təsiri altında edib və törətdiklərinə görə peşmandır”, – deyə bildirilib.

Ona qarşı irəli sürülən ittiham üzrə cəza 3 ilədək azadlıqdan məhrumetmə ola bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: