256e6019 d980 38f7 853d 1e46482c9068 850

Vilyam Börns ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində son dəfə Ukraynaya səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib.

Dövlət başçısı müharibə dövründə Börnslə çoxsaylı görüşlər keçirdiyini qeyd edib. Zelenski göstərilən yardıma görə təşəkkürünü bildirib.

“Sirləri açmırıq, amma əlaqəni qoruyub saxlayırıq. Yəqin ki, yenə görüşəcəyik və mütləq bu müharibənin birlikdə çalışdığımız real, etibarlı sülhlə başa çatdığını görəcəyik”, – Zelenski vurğulayıb.

Paylaş: