azelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ordusunun əks-hücuma başladığını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, Zelenski hücum istiqamətləri və hərbi əməliyyatların hansı mərhələdə olması haqda isə danışmayıb.

“Ukrayna hərbçiləri pozitivə köklənib. Rusiya Teleqram kanallarına, xüsusilə Putinə inanmayın!” – o bildirib.

Qeyd edək ki, ötən gün Rusiya lideri Putin Ukrayna ordusunun hücuma başladığını, lakin heç bir istiqamətdə qarşıya qoyulan hədəfə nail olmadığını, ciddi itkilər verdiyini açıqlamışdı.

Paylaş: