“Ukrayna Qərblə atəşkəs məsələsini müzakirə etməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O, Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında atəşkəslə bağlı müzakirələrin aparılmadığını açıqlayıb.
“Avropa İttifaqına (Aİ) qoşulma zəmanəti müqabilində silahlı qarşıdurmanın dayandırılması Qərblə danışıqların gündəmində olmayıb. Heç bir müzakirə aparmamışam və bu, doğru deyil”, – Zelenski vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az