4639 zelenski yarin turkiyeye geliyor 900x506 1

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın atdığı raketlərin neçəsinin vurulduğu barədə məlumatları gizlətməsinə görə tənqid olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə ukraynalı tarixçi Marta Qavrişko “X” hesabında paylaşım edib.

“Pozitiv xəbərlər istehsalı üzrə ustad dərsi istəyirsiniz? Zelenski hökuməti tərəfindən təqdim olunur. Birinci addım: vurduğunuz Rusiya raketlərinin sayını öz xalqınıza deməyi dayandırın”, – deyə Qavrişko yazıb.

O hesab edir ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiya tərəfindən buraxılan raketlərin heç birini vura bilmir.

Tarixçinin sözlərinə görə, əsl “ələ keçirənlər” Ukraynadakı zavodlar, anbarlar, elektrik stansiyaları və digər infrastrukturlardır.

“Bloomberg” daha əvvəl yazıb ki, Ukrayna Rusiya hücumları zamanı buraxılan raketlərin sayı barədə məlumatları açıqlamağı dayandırıb. Agentliyin məlumatına görə, Ukrayna Hərbi Hava Qüvvələri ötən həftəki hücumdan sonra ballistik raketlərin ələ keçirilməsi barədə də məlumat verməyib. Həmin hücum zamanı 28 raketin heç birinin vurulmadığı bildirilmişdi.

Məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələri hesabatların formatını “Rusiya zərbələrinə cavab olaraq təhlükəsizlik məqsədilə” dəyişib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: