
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin “Pasxa atəşkəsi” ilə bağlı təklifinə sərt reaksiyasını bildirib.
Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, hazırda Ukrayna səmasında “Şahed” dronları görünür.
“Putinin insanların həyatları ilə oynamaq cəhdi davam edir – hazırda Ukrayna ərazisində hava hücumu siqnalı yayılır. Saat 17:15-də bizim səma üzərində Rusiyaya məxsus hücum dronları müşahidə edilib. Ukrayna HHM və aviasiya artıq müdafiə əməliyyatlarına başlayıb”, – deyə Zelenski açıqlama verib.

Aysel Əliyeva
Globalinfo.az