ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı Rusiya lideri Vladimir Putinə təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib
“Tramp Rusiyanın [ İran ətrafındakı vəziyyətə ] cəlb olunmasına və xüsusilə də konstruktiv həllər tapmaq üçün irəli sürülən təkliflərə görə minnətdarlığını bildirib”, – Uşakov qeyd edib.
Söhbət zamanı Tramp İranla razılaşma yolunun çətin olduğunu etiraf edib, lakin Amerikalı danışıqçıların, Pakistan və Qətər vasitəçilərinin səyləri sayəsində məqbul nəticə əldə edilib.
Tahir Turan