Zelenski onu istefaya göndərdi – FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Pavel Kirilenkonu Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə prezidenti sərəncam imzalayıb.

“Kirilenko Pavel Aleksandroviç təqdim etdiyi ərizəyə uyğun olaraq Donetsk Vilayət Dövlət Administrasiyasının sədri vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.

Qeyd edək ki, Kirilenko 2019-cu ildən bu vəzifəyə təyin edilib. Bundan sonra onun Ukrayna Antiinhisar Komitəsinə rəhbərlik edəcəyi gözlənilir.