Ukrayna Prezidenti Volodimir Zelenski tezliklə Rusiyadan ölkəsinə kütləvi hücum ola biləcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, hücumün 25 dekabrda, Katolik Milad günündə baş verə biləcəyini deyib.
“Ruslar Milad bayramında kütləvi hücuma keçə bilərlər. İnsanlar bu vaxtlarda ayıq-sayıq olmalıdırlar”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, hava hücumundan müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətiriləcək, lakin bu sistemlərin çatışmazlıqları mövcuddur.
Tahir Turan
Globalinfo.az