Zelenski əsas müttəfiqini itirir – Səbəb isə…

zelenski yeni

ABŞ Prezidenti Donald Tramp gələcək hadisələrə görə məsuliyyəti öz üzərinə götürməmək üçün Ukraynadakı münaqişədən uzaqlaşır”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı politoloq Malek Dudakov deyib.

“Tramp administrasiyası əvvəlcə ümid edirdi ki, onlar həm Rusiyaya, həm də Ukraynaya özlərinin atəşkəs haqqında hansısa konsepsiya tətbiq edə biləcəklər. Aydın oldu ki, bu, real deyil. Çünki münaqişənin əsas səbəblərini aradan qaldırmaq Rusiya üçün vacibdir və Ukrayna tərəfi hələlik döyüşləri dayandırmaq istiqamətində hər hansı real istək nümayiş etdirməyib”, – o bildirib.

Qeyd edək ki, D.Tramp iyulun 4-də Prezident Volodimir Zelenski ilə telefon danışığından sonra Ukrayna ətrafında vəziyyəti “çox çətin”  adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az