putin zelenski

Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Moskva ətrafında cəmləşməsi Ukrayna üçün yeni zərbə imkanları yaradır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib..

O qeyd edib ki, Rusiya rəhbərliyi paytaxtdakı hərbi paradın təhlükəsizliyini ölkənin digər bölgələrindən üstün tutur.

Zelenski bildirib ki, hava hücumundan müdafiə sistemlərinin paytaxt ətrafında cəmləşməsi digər bölgələrin müdafiəsini zəiflədir.

“Bu, bizim üçün əlavə imkanlar açır. Müvafiq prioritetlər müəyyən ediləcək”, – deyə Ukrayna lideri vurğulayıb.

Qeyd edək ki, Ukrayna Rusiya ilə atəşkəs razılaşmasını rədd edib. Bu barədə Ukraynanın yüksək vəzifəli rəsmisi anonim şəkildə “Kiyev İndependent” qəzetinə bildirib. Mənbə qeyd edib ki, Ukrayna tərəfi yalnız parad günü atəşkəs elan etməkdə heç bir məna görmür.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: