Zelenski bu məsələdə Ərdoğanla razılaşmadı

“Biz Ukraynanın bərpasını dəstəkləyəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə deyib.

Eyni zamanda, Ərdoğan Rusiyanın da iştirak edəcəyi sülh sammiti keçirməyə hazır olduğunu diqqətə çatdırıb. O, Zelenski və Yunanıstanın Baş naziri Mitsotakisin olduğu bölgəyə raket hücumunun həyata keçirilməsindən narahatlığını ifadə edib.

“Ukrayna ilə həmrəyliyimizi qoruyaraq, ədalətli danışıqlar yolu ilə müharibəni başa çatdırmaq üçün səylərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Zelenski Rusiyanın sülh sammitində iştirakına qarşı çıxıb. Bunun yalnız ədalətli sülhün bərqərar edilməsi üçün planın hazırlanmasından sonra mümkün olacağını deyib.

“Hər şeyi məhv edən və insanları öldürən tərəfi sülh sammitinə necə dəvət edə bilərsiniz?”, – deyə Zelenski vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az