iran israile resti cekti misillemeye daha guclu cevap veririz 17132069009210

“İsrailə verilən toxunulmazlıq beynəlxalq hüququ zəiflədir”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi “Al Jazeera” telekanalına müsahibəsində deyib.

Araqçi qeyd edib ki, İsrailin “ekspansionist” siyasəti Yaxın Şərqdə sabitliyə ciddi zərbə vurur və regionda gərginliyin artmasına səbəb olur. Onun sözlərinə görə, bu yanaşma beynəlxalq hüququn əsas prinsiplərini kölgədə qoyur və cəzasızlıq mühiti yaradır.

İran XİN rəhbəri İsrailə qarşı həm hərbi, həm də ticarət sanksiyalarının tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, beynəlxalq ictimaiyyəti konkret və real addımlar atmağa çağıraraq, mövcud vəziyyətin davam etməsinin region üçün daha böyük təhlükələr yaradacağını bildirib.

Araqçi əlavə edib ki, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər baş verənlərə laqeyd qalmamalı, beynəlxalq hüququn qorunması üçün prinsipial mövqe nümayiş etdirməlidir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: