“ABŞ-ın Filippindəki nümayəndələri Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmək üçün könüllülər cəlb edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Daxil olan məlumatlara görə, ABŞ nümayəndələri kampaniyaya başlayıblar. Onlar təhlükəsizlik orqanlarının keçmiş əməkdaşlarına və istefada olan hərbçilərə üstünlük verirlər. Muzdlulara aylıq 5000 dollar ödəniş vəd edilir”, – deyə o bildirib.
Diplomat əlavə edib ki, münaqişə zonasına göndərilməzdən əvvəl könüllülər ABŞ təlimatçılarının nəzarəti altında təlim keçir və Almaniyanın Maniladakı səfirliyinin konsulluq şöbəsində Şengen vizalarını alırlar.
Əliyar Xəlil
Globalinfo.az